
Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən neytrallaşdırılıb.
Bildirilib ki, ölkənin ərazi və hava məkanına yönələn hər hansı təhlükəyə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz görülür.
Nazirlikdən verilən məlumata əsasən, hadisənin bütün tərəflərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır.
Qeyd olunub ki, regionda baş verən bütün proseslər yaxından izlənilir və qiymətləndirilir, Türkiyənin milli təhlükəsizliyi isə prioritet məsələ olaraq qalır.





