
Gəncə şəhərində eşitmə və nitq qabiliyyəti məhdud olan gənc qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən şəxs uzunmüddətli həbs cəzasına məhkum olunub.
Qanuntv.az xəbər verir ki, hadisə ötən ilin aprel ayında şəhərin Depo qəsəbəsində baş verib. İttihama görə, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Fərid köməksiz vəziyyətdə olan qıza qarşı zor tətbiq edərək əxlaqsız hərəkətlər edib.
Zərərçəkmişin ifadəsinə əsasən, təqsirləndirilən şəxs ona pul təklif edib, rədd cavabı aldıqdan sonra isə zorakılığa əl atıb. Hadisə zamanı qız müxtəlif xəsarətlər alıb və müqavimət göstərərək canını qurtarmağa çalışıb.
Şahid ifadələri, ekspertiza rəyləri və məhkəmə araşdırmaları nəticəsində Fəridin təqsiri sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər də oğurluq və digər cinayətlərə görə məhkumluq həyatı yaşayıb. Hadisə cəmiyyətdə xüsusi həssaslıq doğurub və qadınlara, xüsusilə də fiziki məhdudiyyətli şəxslərə qarşı zorakılıq hallarının ciddi narahatlıq yaratdığı bir daha gündəmə gəlib.





