
Novosibirskdən Bakuya uçan sərnişin təyyarəsi göyərtədə olan bir nəfərin səhhətinin qəfil pisləşməsi səbəbindən Omskda təcili eniş edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Mash “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, S7 Airlines aviaşirkətinə məxsus Novosibirsk-Bakı reysi Kazakhstan səmasında olarkən sərnişinlərdən birinin vəziyyəti qəfil ağırlaşıb.
Bundan sonra ekipaj təyyarəni geri döndərmək qərarı verib və hava gəmisi Omsk şəhərində təcili olaraq yerə endirilib.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Sərnişinin vəziyyəti barədə də əlavə məlumat paylaşılmayıb.





