
İstanbulda Kadıköy-Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.
Qanuntv.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə mayın 2-də baş verib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında dənizdən çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Araşdırma zamanı təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilib. Məlum olub ki, Məxfurə Hüseynova Kadıköydə turniketdən keçərək sərnişin gəmisinə minib. Lakin Beşiktaş istiqamətində sahilə enən sərnişinlər arasında onun olmadığı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra dənizdə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
İtkin düşən qadının qızı Nigar Yusifliyə də təhlükəsizlik kameralarının görüntüləri təqdim olunub. O, kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





