
Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə iyunun 1-də saat 11 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.
Belə ki, Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Əlişir Əliyev 10B saylı marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişin qismində olarkən qəfil halı pisləşib. O, avtobusun içərisində dünyasını dəyişib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.





