
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.
Məlumata görə, Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan 37 yaşlı Elgün Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.





