
Sumqayıt şəhərində bədbəxt hadisə ölümlə nəticələnib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində baş verib.
Məlumata görə, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən ehtiyatsızlıq nəticəsində yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





