
Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb, mindən çox insan xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu barədə “Biz bacararıq” partiyasının vitse-prezidenti Vilyan Rodriqes açıqlama verib.
Onun sözlərinə görə, güclü yeraltı təkanlar paytaxt Karakas sakinləri arasında böyük təşviş yaradıb. Zəlzələ nəticəsində Karakasın şərq rayonlarında və La-Quayra ştatında çoxsaylı binalar dağılıb.
Bundan əvvəl Venesuela rəsmiləri zəlzələ nəticəsində 164 nəfərin öldüyünü, 971 nəfərin isə xəsarət aldığını açıqlamışdı. Həmçinin təbii fəlakətdən sonra minlərlə insanın itkin düşdüyü bildirilib.
Xatırladaq ki, Venesuelada 7 baldan güclü iki ardıcıl zəlzələ qeydə alınıb. Təkanlar paytaxt Karakas da daxil olmaqla bir neçə bölgədə hiss olunub və ölkədə fövqəladə vəziyyət elan edilib.





