• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident “Made in Italy” naziri Adolfo Ursonu qəbul edib - YENİLƏNİB [xfvalue_red]

13 Şub, 23 - 13:55

Prezident “Made in Italy” naziri Adolfo Ursonu qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, cənab nazir, Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcək bir layihədir. Qeyd olunduğu kimi, İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək. İlk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik.

Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyan təmsil edirlər.

Onu da bildirməliyəm, İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq.

İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra “Azərenerji” ilə “Ansaldo” arasında çox önəmli müqavilə imzalanmışdır. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “İveco” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək.

Nazir Adolfo Urso dedi:

-Təşəkkür edirəm cənab Prezident, qəbula görə minnətdarlığımı bildirirəm.

Sizin ölkənizdə dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman Azərbaycana səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam.

Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi.

***

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd edildi, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparıldı.

İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində hazırda mühüm rol oynayan TAP layihəsinin əhəmiyyəti və gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olundu.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına İtaliyanın həmişə verdiyi dəstək yüksək qiymətləndirildi və Avropa İttifaqı ölkələri arasında İtaliyanın Azərbaycanın mühüm tərəfdaşı olduğu vurğulandı.

Müzakirə edilən məsələlərin icrası üçün aidiyyəti nazirliklər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə tapşırıqlar verildi.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik" - İlham Əliyev
backend
Prezident “Made in Italy” naziri Adolfo Ursonu qəbul edib
backend
İlham Əliyevin İtaliyaya səfəri başa ÇATDI
backend
İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
backend
"Ölkənin inkişafını bilik, savad müəyyən edir" - Dövlət başçısı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 710

XƏBƏR LENTİ

Ərdoğan dünya dövlətlərini Yaxın Şərqdəki humanitar faciələrə laqeyd qalmaqda tənqid etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:0514 Mrt
Bakıda məktəbdə şagirdlər arasında dava: 9-cu sinif şagirdi bıçaqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:5614 Mrt
İraqın qərbində ABŞ-a məxsus KC-135 təyyarəsi qəzaya uğrayıb – ekipaj üzvləri həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4014 Mrt
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13 forumunda iştirak edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2013 Mrt
2020-ci ildən bəri 419 azərbaycanlı mina qurbanı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0313 Mrt
Azərbaycan səfirliyi Seneqalda uşaqlar üçün iftar mərasimi təşkil edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1013 Mrt
Türkiyə: Hava məkanına daxil olan ballistik raket NATO sistemləri tərəfindən zərərsizləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0213 Mrt
Tehranda bombardmanlar fonunda Qüds günü yürüşü keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5613 Mrt
İranda bir neçə şəhərə hava hücumları olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2813 Mrt
İsveçrənin xarici işlər naziri Azərbaycana təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0113 Mrt
Nümunəvi və fədakar təhsil rəhbəri – Hənifə Ömərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3013 Mrt
Dövlət Vergi Xidmətində yeni təyinatlar olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:5713 Mrt
Paşinyan: “Kilsələrdə ‘Arsax’ın xatırlanması müharibəyə çağırışdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:4413 Mrt
Hikmət Hacıyev: Azərbaycan multilateralizmin qətiyyətli tərəfdarıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3512 Mrt
Kamran Əsədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət rədd edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1512 Mrt
Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0212 Mrt
İranla müharibəyə xərclənən pul açıqlanıb: 50 milyard dollar – hələ yarısıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5612 Mrt
Gələcəyin uğurunu yetişdirən rəhbər – Sara Kərimova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2612 Mrt
İraq neft terminallarında əməliyyatları dayandırdı – Bəsrə yaxınlığında tanker hücumları [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2212 Mrt
Hadrutdan Şuşaya: Daxili Qoşunların tarixi döyüş əmri ilə bağlı faktlar açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1812 Mrt
İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0112 Mrt
İranın qadın futbolçuları Avstraliyada təxliyə edildi – sığınacaq istəyənlərin yeri səfirliyə bildirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5212 Mrt
BMT Təhlükəsizlik Şurası İrana qarşı qətnamə qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4512 Mrt
İlham Əliyev diplomatik xidmətə qəbul qaydalarını təsdiqləyən fərman imzalayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4111 Mrt
İrəvana İstanbuldan “Turkish Airlines”ın İlk Reysi Eniş Edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2311 Mrt
Türkiyə Azərbaycanla Hərbi Əməkdaşlığı Gücləndirməyə Hazırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1911 Mrt
Meloni: İrana nüvə silahı imkan verilməməlidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4611 Mrt
Ərdoğan xəbərdarlıq etdi: Türkiyə torpaqlarına göz dikənlərə meydan oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1111 Mrt
Aİ Şurasının prezidenti: Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1511 Mrt
Putin İlham Əliyevə zəng edib – İrandan təxliyəyə görə təşəkkürünü bildirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0411 Mrt
Cəlilabadda 14 yaşlı yeniyetmənin meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4411 Mrt
Leyla və Arzu Əliyevalar Yaşama Dəstək Mərkəzində – Alena Əliyeva görüntüləri paylaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3111 Mrt
Hənifə kəndinin inkişafına töhfə verən məsuliyyətli bələdiyyə nümayəndəsi – Nadir Hacıyev [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4011 Mrt
BMT-nin iclasında qadınların zorakılıqdan müdafiəsi ilə bağlı Azərbaycanın təcrübəsi bölüşülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:0611 Mrt
Emin Əmrullayev Xankəndi və Xocalıda təhsil müəssisələrinə baş çəkib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1610 Mrt
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5310 Mrt
Neftin Qiyməti Martın 10-u Səhər Saatlarında Təqribən 4.5% Ucuzlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0710 Mrt
UEFA Çempionlar Liqası 1/8 Final Matçları Bu Axşam Başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0110 Mrt
Putin və Tramp telefon danışığında İran və Ukrayna məsələlərini müzakirə ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2510 Mrt
Dövlət qurumlarında xidməti avtomobillərlə bağlı qaydalar dəyişdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1410 Mrt
Malatyaya NATO-nun “Patriot” raket müdafiə sistemi yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5910 Mrt
İsrail Livanı yenidən bombaladı – ölənlərin sayı 486-ya çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4710 Mrt
Azərbaycan İrana humanitar yardım göndərdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3710 Mrt
ABŞ kəşfiyyatı İrandan göndərilən şifrəli mesajları ələ keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:1710 Mrt
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə