
Azərbaycan Respublikasının Seneqaldakı səfirliyi tərəfindən aztəminatlı ailələrdən olan uşaqlar üçün iftar mərasimi təşkil olunub.
Qanuntv.az xəbər verir ki, tədbir Dakar şəhərində keçirilib. Mərasimdə aztəminatlı ailələrdən olan uşaqlar və onların valideynləri iştirak ediblər.
İftar proqramı çərçivəsində qonaqlara Ramazan ayının mənəvi dəyərləri, yardımlaşma və həmrəylik prinsipləri barədə məlumat verilib. Uşaqlar üçün müxtəlif proqramlar təşkil olunub və onlara hədiyyələr təqdim edilib.
Bildirilib ki, bu cür xeyriyyə tədbirləri Ramazan ayının ruhuna uyğun olaraq ehtiyacı olan insanlara dəstək göstərmək və cəmiyyətlər arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi daşıyır.











