"Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır".
Bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında ifadə edib.
Prezident Egils Levits deyib ki, Latviya Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü pisləyir, Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir.