• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib [xfvalue_red]

5 May, 23 - 17:47

Prezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.

Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.

Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.

Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.

Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.

Qeyd olundu ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident və birinci xanıma Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verildi
backend
Tuğ kəndində İnzibati Mərkəzin təməli qoyuldu
backend
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər
backend
Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olundu
backend
Regional turizm idarələri yaradıldı - Prezidentdən FƏRMAN
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 905

XƏBƏR LENTİ

Fizika elmləri doktoru, professor Yusif Alıyev – Quba filialının təhsil inkişafına töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2219 May
Azərbaycan ilə Bolqarıstan arasında “Şuşa Parkı” layihəsinə dair Saziş təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3019 May
Sevil Bayramova – Quba Uşaq İncəsənət Məktəbində Gənc İstedadların Himayədarı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5319 May
İlham Əliyev Belarus parlamentinin sədrini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4319 May
Pensiyaların ödənişi mayın 20-də yekunlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2819 May
Qusar rayonunda nümunəvi rəhbər – Zəkiyeva Milyanə valideynlərin böyük rəğbətini qazanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3219 May
Gənc nəslin savadlı yetişməsi üçün çalışan fədakar müəllim – Günel Hacıyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1019 May
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2219 May
Nəhəng asteroid Yerə rekord yaxın məsafədən keçdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1519 May
Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5619 May
Kamboca 2050-ci il üçün karbon neytrallığı strategiyasını təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2819 May
İlham Əliyev Çin Xalq Respublikası Baş nazirinin müavinini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3918 May
Əli Əsədov WUF13 çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3018 May
Bakı–Tbilisi əlaqələri müzakirə olunub: İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2318 May
Prezident İlham Əliyev: “Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1618 May
Prezident İlham Əliyev: “Qonaqlarımız Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə yaxından tanış olacaqlar” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0718 May
Qubanın memarlıq simasının formalaşmasında Murad Qədirlinin uğurlu fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4818 May
Bakıda WUF13-ün rəsmi açılış mərasimi keçirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2318 May
Gürcüstanın Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1918 May
Çətinliklərə baxmayaraq 252 bal toplayan 9-cu sinif şagirdi – Nəcibə Əlizadənin uğur hekayəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5718 May
ABŞ hərbi bazasında aviaşou zamanı iki “EA-18G” təyyarəsi havada toqquşdu – ekipaj katapult etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4318 May
“Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur”. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3218 May
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3817 May
Prezident İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3417 May
İlham Əliyev Dəryageldi Orazovu qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1717 May
Zimbabve vitse-prezidenti WUF13-də iştirak etmək üçün Azərbaycana gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1117 May
İlham Əliyev Keniya Prezidenti Uillyam Ruto ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0217 May
İlham Əliyev Esvatini Kralı III Msvati ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5417 May
İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4517 May
Keniya Prezidenti Uillyam Samoei Ruto Azərbaycana səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3317 May
32 ildən sonra şəhidimizin nəşi tapıldı – Rəşadət Piriyev doğma kəndində dəfn olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1717 May
Qurban Qurbanovdan heyətlə bağlı açıqlama: “Gedəcək futbolçular var” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0917 May
Azərbaycan gimnastları “AGF Trophy”ni 16 medalla başa vurublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:3816 May
Xocalıya qayıdanlar arasında 10 övladlı ailə də var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5616 May
“Qarabağ” İsveç klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1016 May
Sumqayıtda ağır yol qəzası: piyada həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 May
Yağış və şimşək gözlənilir – hava dəyişir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0316 May
Prezident İlham Əliyev UN-Habitat rəhbərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4116 May
“EFES-2026” təlimində növbəti tapşırıqlar uğurla yerinə yetirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5016 May
Keçmiş icra başçısı Zülfüqar Kazımov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4116 May
Hantavirus təhlükəsi artır: otaq temperaturunda iki həftəyədək aktiv qala bilər – Mütəxəssis xəbərdarlığı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1316 May
Kürüləmə dövründə balıq ovuna qadağa: 48 nəfər məsuliyyətə cəlb olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0016 May
İlham Əliyev Türküstanda TDT Zirvəsində iştirak etdi – Türk dünyasında yeni əməkdaşlıq mərhələsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0115 May
Xaçmazın memarlıq inkişafında peşəkar idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5015 May
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə