• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir? [xfvalue_red]

16 Mrt, 23 - 08:07

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb.

Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün “Space” TV-nin orta yaşlı mühafizə rəisi Nahid İsmayılovun yaşadığı evdə ürəktutmadan öldüyü müəyyən edildi. Ondan bir neçə gün qabaq isə Penitensiar Xidmətin mətbuat katibi, 59 yaşlı Mehman Sadıqov ürəktutmadan vəfat etmişdi. Ümumiyyətlə, ötən həftə ərzində bir neçə belə sarsıdıcı hadisənin şahidi olduq. Babək prospektində sürücü Elçin Qazıbəyovun idarəetməni itirməsi nəticəsində maşını piyadaların üzərinə sürdüyü məlumatı yayılsa da, əslində onun sükan arxasında halının pisləşdiyi məlum oldu. Belə ki, sürücü ürəktutmadan həyatını itirdi. Həmçinin metro və marşrut avtobuslarından istifadə edən sərnişinlər arasında da bu səbəbdən ölüm halları əvvəlki dövrlərlə müqayisədə daha tez-tez təkrarlanır.

Qəfil ürəktutmalardan ölüm hallarının çoxalması sosial şəbəkələrdə də müzakirə edilən mövzulardandır. Belə ehtimallar var ki, bu xəstəlikdən ölüm halları COVID-19 pandemiyasının yayılmasından sonra aktuallaşıb. İddia olunur ki, koronavirusa yoluxan şəxslərdə gizli ürək problemləri başlayır.
Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstəliklərinə bağlı ölümlər həm ölkəmizdə, həm də dünyada həmişə ilk sırada olub: “Koronavirus xəstəliyinin ağciyər başda olmaqla, qan dövranı sisteminə zərərləri var. Lakin bunların heç biri qalıcı deyil. Bu gün ortalıqda istər ağciyərdə, istərsə də başqa orqanlarda qalıcı yan təsirinin olduğunu sübuta yetirən heç bir tədqiqat yoxdur. İddialar var idi, onlar da zaman içində çürüdü. Dünya statistikasına baxdığımız zaman görmək olar ki, istər ölkəmiz üçün, istərsə də dünyada ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm və infarktlar həmişə bir nömrəli xəstəlik olub və bu gün də davam edir. Gözləmədiyimiz, gənc insanlar həyatını itirdiyi zaman biz COVID xəstəliyi və ya digər baiskar axtarırıq. Halbuki günahkar ürək-damar xəstəliklərinin özüdür, onu yaradan risk faktorlarıdır, həyat tərzimizdir, vaxtında doğru müayinələrdən keçməmək və s. məsələlərdir”.

R. Mahmudovun sözlərinə görə, bu gün koronar ürək-damar xəstəliyi - yəni ürəyin işemik xəstəliyi və infarkta bağlı ölümlərin koronavirus xəstəliyindən sonra getdikcə artması ilə əlaqədar sübuta yetirilmiş, elmi dərc edilmiş elə bir tədqiqat ortalıqda yoxdur: “Var olan tədqiqatlar isə kiçik tədqiqatlardır və sonuna qədər sübuta yetirilməyib”.
Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev sorğumuza cavab olaraq pandemiyadan sonra ürək-damar xəstəliklərində artım olduğunu təsdiqlədi: “Bütün ölkələrdə koronovirus pandemiyasından sonrakı dövrdə ürək-damar xəstəliklərində bir artım olduğunun şahidi oluruq. Onun üçün ürək-damar xəstəliklərinə yol açan klassik risk faktorlarına əlavə bir risk faktoru həyatımıza daxil olub. Bu da COVID-19 infeksiyasına yoluxmuş olmaqdır”.

Məsələ ilə əlaqədar bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı rəqəmlər də diqqətçəkəndir. Belə ki, Mərkəz ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun yayımladığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb: “Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir".

Mərkəzin açıqlamasında bildirilir ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir. Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər,

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
backend
Hacı Şahinin ölüm səbəbi məlum oldu
backend
Hacı Şahin qəfil VƏFAT ETDİ
backend
7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü
backend
17 yaşlı oğlan çayxanada qəfil öldü - Foto
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 281

XƏBƏR LENTİ

Şəmkir rayon Çaparlı kənd ərazi inzibati dairəsinin nümayəndəsi Natiq müəllim — yerli idarəçilikdə məsuliyyət və vətəndaş məmnuniyyətinə xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4130 Eyl
İdris müəllim – sahibkarlıqda məsuliyyət və peşəkarlıq nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4830 Eyl
Xaliq Turan – səhiyyə sahəsində peşəkarlıq, məsuliyyət və insan amilini ön planda saxlayan rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1230 Eyl
Məzahir Abdullayev – peşəkarlığı, məsuliyyəti və insan amilinə yüksək dəyəri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1930 Eyl
İranşəhrdə hərbçilərlə silahlı şəxslər arasında şiddətli toqquşmalar barədə məlumat yayılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1030 Eyl
Alyona Əliyeva Vatikan səfərindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0830 Eyl
Qəbiristanlıqdan 96 qızılgül oğurlayan şəxs məhkum edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0530 Eyl
Cəlilabadda elmə məlum olmayan yeni yaşayış məskəni aşkar edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0430 Eyl
Leyla Əliyeva Alyona Əliyeva ilə fotosunu paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0230 Eyl
Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0030 Eyl
Beyləqanda elektrik yarımstansiyasında yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5730 Eyl
Səhiyyə sahəsində peşəkar idarəçilik və məsuliyyətli rəhbərlik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5030 Eyl
Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasında Gümüş müəllimənin nümunəvi fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4630 Eyl
Çıraqlı kənd 2 nömrəli tam orta məktəbində tədris və davamiyyətlə bağlı iddialar ciddi araşdırma tələb edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1230 Eyl
Şirvan şəhərində səmərəli idarəçilik və məsuliyyətli fəaliyyət nümunəsi – Ceyhun müəllim [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2929 Eyl
Romada “Harmoniya” sənədli filminin təqdimatı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5529 Eyl
Həkimdən quduzluqla bağlı vacib çağırış: Heyvan dişləyibsə, vaxt itirməyin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5129 Eyl
İranın nüvə proqramı ilə bağlı gözlənilməz iddia [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5029 Eyl
Qızılın qiyməti 4 150 dollardan aşağı düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4429 Eyl
Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4329 Eyl
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4129 Eyl
Şuşada mina partlayışı: Yaralanan var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3929 Eyl
Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3729 Eyl
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək şirkətlərin siyahısı dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3529 Eyl
Ağsuda dağlıq ərazidə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Eyl
Bakıda dəhşətli hadisə: Ana oğlunu bıçaqlayaraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2629 Eyl
Kiyevə dron hücumu: Azərbaycan vətəndaşı həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0828 Eyl
Azərbaycanda 1 nəfərdə quduzluq qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0628 Eyl
Bakıda qadın həyat yoldaşı tərəfindən öldürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0428 Eyl
Bakıda faciə: zibil daşıyan maşın 84 yaşlı kişini vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0228 Eyl
İlham Əliyev bir qrup prokuroru təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0028 Eyl
Ukraynadakı müharibədən zərər çəkən ukraynalı uşaqlar Azərbaycana gətiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5728 Eyl
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5528 Eyl
Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2128 Eyl
Kamran Əliyev: Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti tam təmin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1828 Eyl
Ərdoğan İlham Əliyevə zəng edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1428 Eyl
Azərbaycanın Mi-17 helikopterlərinə yeni silah sistemi inteqrasiya edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:4227 Eyl
Ət bazarı üçün yeni tələblər: fermerləri hansı dəyişikliklər gözləyir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3827 Eyl
Azərbaycan millisi Litva ilə heç-heçə etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3527 Eyl
Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1927 Eyl
Aygün müəllimə – savadlı idarəçilik və məsuliyyətli rəhbərlik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2027 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5927 Eyl
Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4727 Eyl
Azərbaycanda Anım Günü qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4527 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə