
Uçuş məhdudiyyətləri səbəbindən Moskvanın Şeremetyevo və Vnukovo hava limanlarında təxminən 300 uçuş təxirə salınıb.
Qanuntv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Şeremetyevo hava limanında təyyarələrin uçuşu və qəbulu müvəqqəti olaraq dayandırılıb. Bəzi reyslər isə alternativ aerodromlara yönləndirilib.
Bildirilib ki, hava limanlarında uçuş və enişlərə tətbiq edilən məhdudiyyətlər Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum təhlükəsi ilə əlaqədardır.





