• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI [xfvalue_red]

3 Nis, 25 - 11:37

Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI


ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb.

ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri  10-50 faiz arasında dəyişir.

Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10 % vergi tətbiq edir.

Tramp ABŞ-ın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə ABŞ-ın yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək və minimum tarif dərəcəsi 10 % olacaq.

Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq?

Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Belə ki, ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir. 

Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. 

Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq. 

Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir. 

Gömrük rüsumlarının artırılması Azərbaycandan ABŞ-a ixrac edilən məhsulların qiymətini artıracaq. Bu ABŞ bazarında həmin məhsulların daha bahalı olmasına gətirib çıxaracaq. Bu da məhsulların rəqabətqabiliyyətini qismən azalda bilər. 

Yüksək rüsumlar Azərbaycan ixracatçılarının yükünü artıracaq. Onlar qiymətləri tənzimləmək məqsədilə əlavə xərcləri ya özləri üzərlərinə götürməli, ya da qiymətləri artırmalı olacaqlar. 

Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan ABŞ-a əsasən xalça, toxuculuq malları, şərab məmulatları və digər əl işləri məhsulları kimi unikal və premium məhsullar ixrac edilir. Onların da öz alıcıları var. 

Əgər Azərbaycan məhsullarıbnın  rəqabət qabiliyyəti azalarsa Azərbaycan ixracatçıları digər bazarlara, xüsusən Avropa, Asiya və yaxın Şərq bazarlarına yönələ bilərlər. 

Ümumilikdə, ABŞ tərəfindən tətbiq edilən 10% gömrük rüsumlarının artırılması Azərbaycan üçün ciddi itkilər vəd etmir. Azərbaycandan bu ölkəyə ixracın zəif olması bunu deməyə əsas verir. Üstəlik  Azərbaycandan Amerikaya ixrac olunan məhsulların çeşidi də çox deyil.

Qeyd edək ki, Tramp xüsusilə Çinə qarşı sərt mövqe göstərərək 67% rüsum tətbiq edir. Yeni tarif siyahısında ən yüksək tariflər Afrikadakı bəzi ölkələrə, məsələn, Lesoto, Kamboca, Laosa və Madaqaskara tətbiq ediləcək. Həmçinin, Vyetnam, Şri Lanka, Myanma kimi ölkələr də yüksək tariflərə məruz qalacaq. Azərbaycana və Türkiyəyə isə 10% gömrük rüsumu qoyulacağı açıqlanıb.

Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.

Bundan əlavə, Tramp, ABŞ-a xaricdən gətirilən avtomobillərə 25% gömrük rüsumu tətbiq ediləcəyini də qeyd edib. O, bu tariflərin ABŞ istehsalçıları üçün daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər yaradacağına inandığını bildirib.

Yeni tariflər həmçinin ABŞ-ın ticarət tərəfdaşları ilə daha bərabər şərtlər üzərində əlaqələr qurmağı məqsəd qoyur.
Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
backend
Azərbaycanın ən böyük ticarət tərəfdaşı bu ölkədir
backend
Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edilib
backend
Dövlət Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ
backend
Bu avtomobillər gömrük rüsumundan azad edildi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 267

XƏBƏR LENTİ

Laçında dağlıq ərazidə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1124 Eyl
Azərbaycan və Dominikan Respublikası arasında viza rejimi ləğv edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0624 Eyl
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0224 Eyl
Leyla Əliyeva XIX əsrə aid Azərbaycan geyimində paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5824 Eyl
Naxçıvanda yeni doğulan nəvəsini öldürən qadına hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5524 Eyl
Rusiyada azərbaycanlı dron hücumunda həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5024 Eyl
Hava limanında tapdığı 20 min dolları mənimsəyən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4624 Eyl
İlham Əliyevdən “AzerGold”la bağlı SƏRƏNCAM [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4224 Eyl
“Türkiyə təcrübəsini Azərbaycan sevgisi ilə birləşdiririk” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1224 Eyl
Qəfər Quliyev – Vətənə sədaqəti və peşə məsuliyyəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1124 Eyl
İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4523 Eyl
İlham Əliyev Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4323 Eyl
Azərbaycanda yeni zavodlar tikiləcək – Daşkəsəndə dəmir filizi istehsalı genişləndiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4023 Eyl
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3423 Eyl
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3023 Eyl
Lənkəranda evdən 75 500 manat oğurlayan şəxslər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2823 Eyl
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb – Şübhəli şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2523 Eyl
Savaş Doğru – Sahibkarlıq fəaliyyəti, təşəbbüskarlıq ruhu və işgüzar nüfuzu ilə seçilən şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2123 Eyl
Bilgəhdə dənizdə boğulan iki tələbənin meyiti tapılıb – Adları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1023 Eyl
Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda 5 məktəbdə distant tədris təşkil ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0723 Eyl
Saatlıda məktəbdə özbaşınalıq iddiaları: Azadkənd kənd tam orta məktəbində nə baş verir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1522 Eyl
UFAZ tələbəsi burun əməliyyatından sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3022 Eyl
Göygöldə qadın qətlə yetirildi: Əri şübhəli bilinərək saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2522 Eyl
Ceyhun Bayramov Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi naharında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2222 Eyl
Tahir Gözəl: “Qurban Qurbanov bəzi məqamlarda “Qarabağ”dan ayrılmaq istəyib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2022 Eyl
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1822 Eyl
Məhəmməd Salah 6 ay müddətinə sürücülük hüququndan məhrum edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1022 Eyl
Xəzər dənizində zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0722 Eyl
İlham Əliyev FIFA U-15 Dünya çempionatı ilə bağlı viza prosedurlarını sadələşdirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0322 Eyl
Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5922 Eyl
Şəhriyar Mustafayev – şəhər təsərrüfatına məsuliyyətli yanaşma və Mingəçevirin abadlığına xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5522 Eyl
Bakıda tanınmış stomatoloq əməliyyatdan sonra vəfat edib – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5521 Eyl
Gəncə şəhər 34 nömrəli məktəbin direktoru Sevda Rəhimovaya valideynlərdən təqdir: Təhsilə sədaqət və məsuliyyətli rəhbərlik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1821 Eyl
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3421 Eyl
Yasamalda tədbir zamanı monitor aşıb, qadın ciddi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2721 Eyl
Azərbaycanlı cüdoçu dünya çempionu oldu – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2521 Eyl
Sumqayıtda faciə: Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2121 Eyl
Göygöldə ər həyat yoldaşını qətlə yetirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1821 Eyl
Şabranda Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1521 Eyl
Maştağada yol təmirinə başlanılıb – Hərəkət məhdudlaşdırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0621 Eyl
Ramin müəllim – peşəkarlığı, məsuliyyəti və rəhbərlik keyfiyyətləri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0321 Eyl
“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə