
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı əsas məsələlər üzrə razılıq əldə ediblər.
Bu barədə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner məlumat verib. Onun sözlərinə görə, tərəflər Ukraynanın təhlükəsizliyinin təmin olunması və gələcək əməkdaşlıq mexanizmləri ətrafında ümumi mövqeyə gəliblər.
Qeyd edək ki, razılaşmanın detalları hələlik açıqlanmır.





