
İranın Məşhəd şəhərində davam edən etiraz öz
aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı lazer vasitələrindən istifadə etdiyi bildirilir.
QanunTv.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Məlumata görə, “Independent Persian” nəşrinin yazdığına əsasən, şəhərdə təhlükəsizlik qüvvələrinin sıx şəkildə cəmləşməsinə baxmayaraq, etirazçılar aksiyaları davam etdirib və geri çəkilməyiblər. Etirazların qarşısını almaq məqsədilə bir sıra şəhərlərdə, o cümlədən Məşhəddə elektrik enerjisinin kəsildiyi, şəhərin qaranlığa qərq olduğu qeyd olunur.
Eyni zamanda, İranın rəsmi “Tasnim” agentliyi isə etirazların səngidiyini iddia edib. Agentliyin yaydığı xəbərdə bildirilib ki, silahlı insidentlər törədən şəxslər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.





