
Misirə məxsus “CASA C295” tipli hərbi-nəqliyyat təyyarəsinin Azərbaycana uçuş zamanı Ermənistanın hava məkanından istifadə etdiyi məlum olub.
QanunTv.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, Qahirə–Bakı marşrutu üzrə uçuş 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirilib. Həmin gün təyyarə yenidən Ermənistanın hava məkanından keçərək Misirə geri qayıdıb.
Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlanıb. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, sözügedən uçuş özəl səfər xarakteri daşıyıb.
“Ermənistanın hava məkanı vasitəsilə Qahirə–Bakı reysini yerinə yetirən uçuş sərnişin təyyarəsi olub və Azərbaycana özəl qaydada yüksək vəzifəli şəxsi çatdırıb”, – deyə Ermənistan XİN-in açıqlamasında bildirilib.





