
“N” hərbi hissəsində taktiki təlimlər uğurla başa çatıb.
Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.
Təlim zamanı əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının inkişafına, qərargahların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, bölmələrin döyüş qabiliyyətinin artırılmasına və şəxsi heyətin səhra ilə bağlı praktiki vərdişlərinin gücləndirilməsinə yönəldilib.





