
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Bildirilir ki, hazırda Bakıda müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saat-a endirilib.
Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, həmçinin bütün tablolara “sürüşkən yol” işarəsi əlavə olunub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.





