
Tailandın Phuket kurort adası yaxınlığında Panama bayrağı altında üzən konteyner gəmisi “Sealloyd Arc” qəzaya uğrayıb. Gəmi Malayziyadan Banqladeşə hərəkət edirdi və üzərində təxminən 300 konteyner yerləşirdi. Onlardan 14-də təhlükəli maddələr olduğu bildirilib.
Qəzadan sonra Andaman dənizində 7.2 km uzunluğunda və 1.6 km enində neft ləkəsi müşahidə edilib. Yerli sahil mühafizəsi və ekoloji xidmətlər vəziyyəti nəzarət altına almaq üçün tədbirlər görür.





