
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ötən gecədən etibarən ölkəsinə qarşı genişmiqyaslı hücumlara başlayıb. Onun sözlərinə görə, hücumlar raketlər və “Şahed” tipli pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Prezident qeyd edib ki, təkcə bu gün ərzində Ukraynaya 550-dən çox müxtəlif tipli dron buraxılıb. Zərbələr Lvov vilayəti, İvano-Frankovsk vilayəti, Ternopil vilayəti, Vinnitsa vilayəti, Jitomir vilayəti, Xmelnitski vilayəti, Rivne vilayəti, Xarkov vilayəti və Dnipro vilayəti daxil olmaqla bir sıra bölgələri əhatə edib.
Hücumlar nəticəsində ölənlərin olduğu bildirilir. Ümumilikdə 40-dan çox yaralının olduğu, onlardan 5-nin uşaq olduğu açıqlanıb.
Ukrayna tərəfi beynəlxalq ictimaiyyəti baş verənlərə daha sərt reaksiya verməyə çağırır.





