
Rusiya gecə saatlarında Ukraynanın müxtəlif şəhərlərini genişmiqyaslı raket və dron hücumlarına məruz qoyub.
▪️ Kiyev və vilayəti: Ballistik raket zərbələri nəticəsində İrpin, Buça və Hostomeldə elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb.
▪️ Xarkov: Şəhər ətrafına endirilən zərbələr nəticəsində 4 nəfər həlak olub, 6 nəfər yaralanıb. “Nova Poçta”ya məxsus terminal tamamilə dağıdılıb, uşaq sanatoriyasına da ciddi ziyan dəyib.
▪️ Odessa: Şəhər mərkəzində yaşayış binaları, xəstəxana, uşaq bağçası və məktəb zərər görüb. Hücum nəticəsində 5 nəfər xəsarət alıb.
▪️ Dnepropetrovsk vilayəti: Rusiya dron və ballistik raketlərdən istifadə edərək Krivoy Roq İstilik Elektrik Stansiyasını hədəfə alıb.
Ukrayna rəsmiləri şəhərlərdə zərərin qiymətləndirilməsi və dağıntıların aradan qaldırılması üçün işlərin davam etdiyini bildirirlər.






