
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsinə aid Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbəri Məzahir Əzizov son günlərdə Qusar rayonunda baş verən güclü leysan və daşqınlar zamanı göstərdiyi operativ və fədakar fəaliyyəti ilə diqqət çəkən rəhbərlərdən biri olub.
Təbiətin sərt üzü ilə üz-üzə qalan rayon əhalisinin təhlükəsizliyinin təmin olunması, sel və yağış sularının yaratdığı risklərin minimuma endirilməsi istiqamətində Məzahir Əzizov rəhbərlik etdiyi kollektivlə birlikdə gecə-gündüz səfərbər olaraq mühüm işlər həyata keçirib.
Ərazilərdə suötürücü kanalların təmizlənməsi, daşqın təhlükəsi yaranan yerlərdə təxirəsalınmaz tədbirlərin görülməsi və texnikaların operativ şəkildə cəlb olunması nəticəsində daha ciddi fəsadların qarşısı alınıb.
Belə çətin anlarda əsl rəhbər məsuliyyəti, çevik qərarvermə və insanlara dəstək nümayiş etdirən Məzahir Əzizov öz peşəkarlığı ilə kollektivinə nümunə olub. Onun idarəçilik bacarığı və işinə vicdanla yanaşması sakinlər tərəfindən də yüksək qiymətləndirilir.
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən işlər bir daha göstərdi ki, dövlət qurumlarında xalqa xidmət prinsipi əsas prioritet olaraq qalır. Məzahir Əzizovun rəhbərliyi altında görülən işlər rayon sakinlərinin təhlükəsizliyi və rifahı naminə atılmış mühüm addımlar kimi yadda qaldı.
Qanuntv.az olaraq, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində əməyi olan bütün əməkdaşlara təşəkkür edir, Məzahir Əzizova gələcək fəaliyyətində uğurlar arzulayırıq.





