
Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumu (WUF13) ilə əlaqədar tətbiq edilən müvəqqəti dəyişikliklərdən sonra ictimai nəqliyyat marşrutlarının əvvəlki hərəkət sxemi bərpa olunur.
Məlumata görə, ümumilikdə 28 marşrutun əvvəlki sxem üzrə fəaliyyəti yenidən bərpa edilir, həmçinin müvəqqəti dayandırılmış 4 ekspres marşrut da yenidən işləyəcək.
Bildirilib ki, mayın 23-dən etibarən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A və M8 nömrəli marşrutlar əvvəlki hərəkət sxeminə qayıdır.
Eyni zamanda, müvəqqəti dayandırılmış 120E, 121E, 140E və E1 ekspres marşrutlarının da fəaliyyəti bərpa olunacaq.
Qeyd edək ki, dəyişikliklər Ümumdünya Şəhərlər Forumu (WUF13) tədbiri çərçivəsində nəqliyyat axınının tənzimlənməsi məqsədilə tətbiq edilmişdi.





