
ABŞ İran ərazisində bir sıra hədəflərə zərbələr endirib.
QanunTV.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, ABŞ təyyarələri İranın “M/V Ever” gəmilərinə zərbə endirməsindən sonra İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı obyektləri, eləcə də sahil radarlarını hədəfə alıb.
CENTCOM əməliyyatla bağlı əlavə məlumatların veriləcəyini bildirib.





