• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH [xfvalue_red]

29 Mrt, 24 - 13:46

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhriki, eləcə də təzyiqi ilə adıçəkilən dövlətlərin “əlinə oynayır”.

Əslində, bu, o qədər də təəccüblü deyil. Belə ki, N.Paşinyan 2018-ci ildə məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin regiondakı mövqelərinin gücləndirilməsi idi. Vaşinqton və Paris bu planlarını hər il daha aydın şəkildə nümayiş etdirdilər. Qərb dairələri bu gün də Ermənistan vasitəsilə açıq şəkildə Rusiyaya meydan oxumağa çalışırlar.

Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Görünür, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı növbəti cəbhə açmaq niyyətindədir.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan martın 29-da Rusiyanın ölkəsini dəfələrlə aldatdığını bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı ən çətin vaxtda tək qoyub. A.Simonyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb.

Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq dondurulub. N.Paşinyan və digər rəsmilər bu barədə bir neçə dəfə bəyanatlar veriblər. A.Simonyanın son açıqlaması isə İrəvanın vaxtilə “böyük qardaş” adlandırdığı Rusiyaya növbəti ciddi zərbəsidir.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Rusiya hazırkı situasiyada nə qədər təmkinli davranmağa çalışsa da, Ermənistanın aqressiv, destruktiv ritorikasını, o cümlədən təhdid və şantajlarını cavabsız qoymur. Xarici işlər naziri Sergey Lavrov martın 28-də bildirib ki, İrəvan uydurma bəhanələrlə Moskva ilə münasibətlərin pozulmasına çalışır. Onun sözlərinə görə, KTMT çətin vaxtlarda dəfələrlə Ermənistanın maraqlarını müdafiə edib.

Dediyimiz kimi, rəsmi Moskva mümkün qədər soyuqqanlı davranmağa, tələsik addımlar atmamağa çalışır. Çünki Kreml Qərb dairələrinin planlarından xəbərdardır. Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan indiki halda sadəcə qurbandır.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana hərbi müdaxiləsidir. Bu olarsa, Qərbin əlinə “kozır” veriləcək. Və Qərb Ukraynada etdiklərini indi Ermənistanda edəcək. Bu, nəzəri baxımından mümkündür. Amma ABŞ və Fransanın “ipi ilə quyuya düşən” Paşinyanın unutduğu məqamlar var. Birincisi, Ermənistan Ukrayna deyil. Və Rusiyaya müqavimət imkanları çox azdır. İkincisi, Qərb axıra kimi Ermənistanın arxasında dayanmayacaq. Üçüncüsü, Rusiya Ermənistana hərbi müdaxilə edəcək qədər sadəlövh deyil. Moskva İrəvandan intiqam almaq üçün daha rahat, belə demək mümkünsə, əziyyətsiz üsullardan istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Rusiya üçün o qədər də çətin deyil. Xüsusilə, Ermənistanda yerləşdirilən 102-ci hərbi bazanın timsalında Rusiyanın bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur.(Report)

Odur ki, İrəvan hakimiyyəti “odla oynadığını” unutmamalıdır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev mesaj verdi: Bakı alt-üst edir...
backend
Paşinyan nəhayət Rusiyaya gedəcək
backend
"Ermənistanın əsas vəzifəsi sülhə nail olmaqdır, Qərbin hərbi bazalarını açmaq deyil" - Paşinyan
backend
“Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
backend
Rusiyanın “Qafanda konsulluq açacağıq” bəyanatı: Kreml “mətbəx”ində nə bişir? - TƏHLİL
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 262

XƏBƏR LENTİ

İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4523 Eyl
İlham Əliyev Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4323 Eyl
Azərbaycanda yeni zavodlar tikiləcək – Daşkəsəndə dəmir filizi istehsalı genişləndiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4023 Eyl
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3423 Eyl
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3023 Eyl
Lənkəranda evdən 75 500 manat oğurlayan şəxslər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2823 Eyl
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb – Şübhəli şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2523 Eyl
Savaş Doğru – Sahibkarlıq fəaliyyəti, təşəbbüskarlıq ruhu və işgüzar nüfuzu ilə seçilən şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2123 Eyl
Bilgəhdə dənizdə boğulan iki tələbənin meyiti tapılıb – Adları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1023 Eyl
Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda 5 məktəbdə distant tədris təşkil ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0723 Eyl
Saatlıda məktəbdə özbaşınalıq iddiaları: Azadkənd kənd tam orta məktəbində nə baş verir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1522 Eyl
UFAZ tələbəsi burun əməliyyatından sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3022 Eyl
Göygöldə qadın qətlə yetirildi: Əri şübhəli bilinərək saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2522 Eyl
Ceyhun Bayramov Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi naharında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2222 Eyl
Tahir Gözəl: “Qurban Qurbanov bəzi məqamlarda “Qarabağ”dan ayrılmaq istəyib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2022 Eyl
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1822 Eyl
Məhəmməd Salah 6 ay müddətinə sürücülük hüququndan məhrum edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1022 Eyl
Xəzər dənizində zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0722 Eyl
İlham Əliyev FIFA U-15 Dünya çempionatı ilə bağlı viza prosedurlarını sadələşdirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0322 Eyl
Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5922 Eyl
Şəhriyar Mustafayev – şəhər təsərrüfatına məsuliyyətli yanaşma və Mingəçevirin abadlığına xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5522 Eyl
Bakıda tanınmış stomatoloq əməliyyatdan sonra vəfat edib – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5521 Eyl
Gəncə şəhər 34 nömrəli məktəbin direktoru Sevda Rəhimovaya valideynlərdən təqdir: Təhsilə sədaqət və məsuliyyətli rəhbərlik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1821 Eyl
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3421 Eyl
Yasamalda tədbir zamanı monitor aşıb, qadın ciddi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2721 Eyl
Azərbaycanlı cüdoçu dünya çempionu oldu – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2521 Eyl
Sumqayıtda faciə: Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2121 Eyl
Göygöldə ər həyat yoldaşını qətlə yetirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1821 Eyl
Şabranda Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1521 Eyl
Maştağada yol təmirinə başlanılıb – Hərəkət məhdudlaşdırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0621 Eyl
Ramin müəllim – peşəkarlığı, məsuliyyəti və rəhbərlik keyfiyyətləri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0321 Eyl
“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5120 Eyl
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4820 Eyl
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat: “Azərbaycanın dövlət suverenliyi əbədidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4620 Eyl
20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4320 Eyl
Bilgəhdə iki nəfər dənizdə batıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3820 Eyl
Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3520 Eyl
Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3220 Eyl
Bakıda bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1419 Eyl
Azərbaycanda antiterror tədbirlərinin başlanmasından 3 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1119 Eyl
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0619 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə