
Avtomobil Rusiyanın Sidney şəhərindəki Baş Konsulluğunun qapısına çırpılıb, bir nəfər xəsarət alıb.
Bu barədə "9News" telekanalı polisə istinadən məlumat verib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin sürücüsünü saxlayıb. O, 39 yaşlı kişidir.
Onun saxlanılması zamanı polislərdən biri qolundan xəsarət alıb.