
ABŞ Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən ikinci tankeri saxlayıb.
Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, “Sofia” adlı motorlu tanker Karib hövzəsi sularında ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib. Bildirilib ki, saxlanılan gəmilər — Bella I (Marinera) və Sofia motorlu tankerləri — ya son olaraq Venesuelada olub, ya da həmin istiqamətdə hərəkət ediblər.
Kristi Noem qeyd edib ki, bu addım ABŞ-ın sanksiyalardan yayınma cəhdlərinə qarşı apardığı tədbirlərin tərkib hissəsidir.
Məsələ ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.





