
ABŞ Nümayəndələr Palatasının Texas ştatından üzvü Pet Fellon İranın Ali Lideri Əli Xameneiyə xəbərdarlıq edib.
Fellon bildirib ki, İran hökumətinə qarşı genişmiqyaslı etirazlar fonunda Xameneiyə və yaxın ətrafına ölkəni tərk etmək üçün hələ imkanları var.
“İran xalqının ayətullahın dini zülmündən azad bir hökumətə haqqı var”, – deyə ABŞ konqresmeni vurğulayıb.





