
İranda davam edən etirazlar zamanı Şimali Xorasan ostanının İsfərayen şəhərində prokuror Əli Əkbər Hüseynzadə yandırılaraq qətlə yetirilib.
“Qanuntv.az”ın xəbərinə görə, Hüseynzadə ilə birlikdə bir neçə təhlükəsizlik işçisi də həlak olub.
Qeyd olunur ki, İran üzrə etirazların başladığı gündən indiyədək azı 42 nəfər həyatını itirib, təxminən 2 300 nəfər isə saxlanılıb.
İğtişaşlar zamanı yandırılaraq öldürülən prokurorun fotosunu təqdim edirik:





