
Şəki rayonunda 66 yaşlı kişi ölüb.
Yanvarın 10-da kənd ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyev ilə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı H. İsmayılov S. Nəbiyevin üz nahiyəsinə əl ilə zərbə endirib.
Xəsarət alan S. Nəbiyev H. İsmayılovun atası tərəfindən evinə aparılarkən yolda avtomobildən enib və bir müddət getdikdən sonra yıxılaraq növbəti xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən S. Nəbiyev bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində H. İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.





