
“Qanuntv.az”ın məlumatına görə, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev hazırlıq zamanı halı pisləşib. İlkin ehtimallara görə, yeniyetmə epilepsiya tutması keçirib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə bu gün saat 12:10 radələrində baş verib. Həkimlər onun həkiməqədər ölümünü qeydə alıblar. Meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şöbəsinə təhvil verilib.





