
Qazaxıstanın Atırau vilayətinin Kulsarı şəhərində məktəbdə təhlükəli insident baş verib. Belə ki, məktəb şagirdi sinif yoldaşlarına balta ilə hücum edib.
Hadisə nəticəsində iki şagird müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılara dərhal tibbi yardım göstərildiyi bildirilir.
Məlumata görə, hücumu törədən 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda o, təcridxanaya yerləşdirilib və nəzarət altında saxlanılır.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Yeniyetmənin valideynləri barəsində isə övladın tərbiyəsində səhlənkarlığa yol verdiklərinə görə inzibati iş açılıb.
Məktəbdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi gündəmə gətirilib.





