
Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vurmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Saxlanılan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində hüquqi prosedurlar davam etdirilir.





