
Malayziya sahillərində güclü zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların maqnitudası 7,1 bal olub.
Zəlzələ Malayziyanın şərq hissəsində, Sabah ştatı sahillərindən dənizdə baş verib. Yeraltı təkanların episentri Kota Kinabalu şəhərindən təxminən 60–100 kilometr aralıda yerləşib.
Məlumata əsasən, zəlzələnin ocağı yerin təxminən 600 kilometrdən çox dərinliyində qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu qədər dərinlikdə baş verən zəlzələlər adətən səthdə ciddi dağıntılara səbəb olmur.
Hazırda itki və ya dağıntı barədə rəsmi məlumat verilməyib. Sunami təhlükəsi ilə bağlı da hər hansı xəbərdarlıq elan olunmayıb.
Yerel qurumlar və beynəlxalq seysmik mərkəzlər vəziyyəti izləməkdə davam edir.





