
İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınır.
Paytaxtın Bakı şəhərinin Qaradağ rayonundan qeyd olunan yaşayış məntəqələrinə köç edənlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə — 118 nəfər, Xocavənd şəhərinə 41 ailə — 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə — 196 nəfər köçürülür.
Köç prosesi dövlət proqramına uyğun şəkildə mərhələli şəkildə həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam etdirilir.





