
Siyəzən rayonunda 10-cu sinif şagirdi Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən tapılıb. Hadisə 1 mart 2026-cı il tarixində rayon mərkəzində qeydə alınıb. Bu barədə məlumat “Siyəzən Azərbaycan” rəsmi Facebook səhifəsində yayımlanıb. Faktla bağlı Siyəzən rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisə yerində hüquq-mühafizə orqanları və ekspertlər tərəfindən ilkin araşdırma işləri həyata keçirilir. Ölümün dəqiq səbəbi rəsmi ekspertizanın nəticələri məlum olduqdan sonra açıqlanacaq.





