
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, 61 yaşlı Yasin Məmmədrza oğlu Məmmədov komendant işlədiyi 18 mərtəbəli yaşayış binasında faciəvi şəkildə həyatını itirib. O, binanın 13-cü mərtəbəsinin dəhlizindən yıxılaraq dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.





