
Bakının Nizami rayonunda azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı xilasetmə əməliyyatı həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar.
Mənzildə olan 2023-cü il təvəllüdlü azyaşlılar xilasedicilər tərəfindən xilas edilərək valideynlərinə təhvil verilib.





