
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Belə ki, 17 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan 18 yaşlı sərnişin Cavid Musayev ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalara görə, avtomobili idarə edən yeniyetmənin sürücülük hüququ olmayıb. Bu faciə bir daha sükan arxasına məsuliyyətsiz şəkildə keçməyin və qaydaları pozmağın nə qədər ağır nəticələrə səbəb ola biləcəyini göstərir.
Faktla bağlı araşdırma aparılır.





