
Bu gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu Zirə qəsəbəsində münaqişə zəminində silahlı insident baş verib.
Qanuntv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açıb.
Nəticədə qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərilib. Hadisə zamanı onun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov isə açılan atəş nəticəsində həyatını itirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cavanşir Muradov saxlanılıb. Ondan cinayətdə istifadə olunan ov tüfəngi götürülüb.
Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.





