
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə isə intensiv olacağı gözlənilir. Subasma ehtimalı hələ də qalır. Gün ərzində yağıntı tədricən kəsiləcək, gecə və səhər duman müşahidə olunacaq. Külək şimal-qərbdən cənub-şərqə doğru dəyişəcək. Temperatur gecə 8-11°, gündüz 12-17° isti olacaq.
Rayonlarda hava da arabir yağıntılı keçəcək, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan, şimşək və dolu müşahidə edilə bilər. Temperatur gecə 6-10°, gündüz 15-20° olacaq; dağlarda gecə 3-7° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti gözlənilir. Dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Qeyd edək ki, ölkədə son iki gündür qeyri-sabit hava şəraiti davam edir.





