
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC “Report”a məlumat verib.
Bildirilib ki, 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə mayın 3-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd olunub ki, bundan əvvəl də Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar həyata keçirilib. İndiyədək bu marşrutla 25 min tondan çox taxıl, 1 600 tondan artıq gübrə və 68 ton qarabaşaq göndərilib.
Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Məlumata görə, indiyədək 8 500 tondan çox dizel, 979 ton Aİ-92 markalı benzin və 2 955 ton Aİ-95 markalı benzin ixrac olunub.
Xatırladaq ki, aprelin 30-da da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilmişdi.





