
Bakıda faciəli hadisə baş verib.
Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində qeydə alınıb.
Məlumata görə, 8 yaşlı Mədinə Cavid qızı Allahyarova yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





