
Azərbaycanın Suriyadakı səfirliyi Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar aksiya həyata keçirib.
Qanuntv.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında yayılan məlumata əsasən, “Azərbaycan xalqından ürəkdən təbriklər: Qardaş Suriya xalqının hər ili min bərəkətli olsun” şüarı altında keçirilən aksiya çərçivəsində yardım göstərilib.
Mayın 27-28-də Baniyas və Homs şəhərlərində təşkil olunan humanitar aksiya zamanı ümumilikdə 1000 ailəyə qurban əti paylanılıb.
Qeyd edilib ki, bu təşəbbüs Azərbaycan xalqının humanitar dəyərlərə sadiqliyini və qardaş xalqlara dəstəyini nümayiş etdirir.






