• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür [xfvalue_red]

19 Eyl, 25 - 10:24

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, vətənpərvər alim Aida İmanquliyevanın anım günüdür.

Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva həm elmin zirvəsini fəth edən görkəmli alim, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazanan parlaq şəxsiyyət idi.

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.

Hazırda bu instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyeva deyir: "Aida xanım böyüklə böyük idi, uşaqla uşaq. Yəni hərənin öz dili ilə danışırdı. Heç kimin xətrinə dəyməməyə çalışırdı, amma eyni zamanda, öz tələbkarlığını azaltmırdı və hazırladığımız elmi-tədqiqat işləri yüksək səviyyədə olmalı idi. Çox müdrik insan idi, insanları başa düşürdü, duyurdu və çalışırdı mümkün köməkliyi eləsin. Onunla elə sadəcə ünsiyyət zamanı biz çox şey öyrənirdik".

1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən professor adı alıb.

Üç fundamental monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri") və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Bu barədə danışarkən mərhum akademik Vasim Məmmədəliyevin sözləri yada düşür: "Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində ərəb məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar keçirildi. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi".

Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrindən: "Mən onunla ilk dəfə Tbilisidə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar".

Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Professor Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri həmişə onu ehtiramla yad edirlər. Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov: "O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən "yaz", "qeyd elə", "dedim, yadında saxla" kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük".

Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası - nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: "Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm".

Onu yaxından tanıyanlar deyirdilər ki, Aida xanım mehriban, həddindən artıq səxavətli qadın idi. Diplom işlərində kağız alınmasına, çap edilməsinə yardım edərdi. Hətta o zaman qıt olan dərmanları tapıb gətirməklə neçə-neçə insanı həyata qaytarmışdı. Özü də bunların hamısını təmənnasız edərdi.

Aida xanımın xatirəsi ürəklərdə daim yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün bu gün də istinad qaynağıdır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyevin yeni təyin etdiyi səfir KİMDİR...
backend
Bakıda universitet müəllimi vəfat etdi
backend
Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın anım günüdür
backend
Bu gün Mikayıl Müşfiqin anım günüdür - FOTO
backend
Rektorun müşaviri vəfat ETDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə