
Bakıda ölümlə nəticələnən yol hadisəsi baş verib.
Qanuntv.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü Bakı şəhər sakini Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı, 90-JR-489 dövlət nömrə nişanlı avtomobildə hərəkətdə olarkən qəfil səhhətinin pisləşməsi nəticəsində həyatını itirib.
İlkin məlumata əsasən, sürücünün ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında yerləşən mağazaya çırpılıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





