
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, qəza paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 1985-ci il təvəllüdlü Rafiz İbrahimxəlil oğlu Qurbanovun idarə etdiyi "QAZel" markalı avtomobil ilə 2008-ci il təvəllüdlü Mirzə Arif oğlu Məhəmmədin idarə etdiyi "Tufan" markalı motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sərnişini Nihat Elmar oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Motosikletin sürücüsü Mirzə Məhəmməd isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.





