
Bakıda tələbə imtahana gedərkən yol kənarında qazılmış quyuya düşərək ağır xəsarət alıb.
QanunTV.az xəbər verir ki, hadisə universitetə yaxın ərazidə baş verib.
Məlumata görə, Əsgər Cabbarov imtahana gedərkən təxminən 9 metr dərinliyində olan quyuya yıxılıb və nəticədə ağır bədən xəsarətləri alıb.
Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşları huşsuz vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırıblar. Daha sonra onun böyrəyində ciddi zədə olduğu müəyyən edilib.
Ailə iddia edir ki, ərazidə təhlükəsizlik tədbirləri yetərli olmayıb və məsul şirkət olan “Caspian Construction” hadisə ilə bağlı lazımi tədbir görməyib.
Zərərçəkmiş tərəfin vəkili bildirib ki, hadisə ilə bağlı şirkət əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə prosesi davam edir.
Faktla bağlı araşdırma aparılır.





